Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Noyabr 2019 14:42
Bakı. Ləman Zeynalova - Trend:
Türkiyə Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda həlli üçün daha çox səy göstərilməsini istəyir.
Trend-in məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.
O bildirib ki, ATƏT Avropada təhlükəsizlik və sabitliyin təmin olunması üçün yaradılmış vacib beynəlxalq təşkilatdır:
“ATƏT-in vacib tapşırıqlarından biri Dağlıq Qarabağ münaqişəsinin həllidir. Biz bunun üçün daha çox səy göstərilməsini istəyirik”.
Səfir təəssüflə qeyd edib ki, uzun illər keçməsinə baxmayaraq münaqişə hələlik həll olunmayıb:
“Problemin həlli üçün parametrlər məlumdur. BMT və ATƏT-in irəli sürdüyü parametrlər münaqişənin beynəlxalq hüquqa uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini nəzərdə tutur. Amma hələ də Azərbaycan əraziləri işğaldan azad edilməyib və ona görə də biz ATƏT-in bu istiqamətdə fəaliyyətini qənaətbəxş hesab etmirik. Amma hazırda biz münaqişənin həlli üçün vacib mexanizm olan ATƏT-i dəstəkləyirik və ümid edirik ki, ATƏT Minsk qrupunun həmsədrləri münaqişənin həlli yolunu tapacaq”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin