Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Avqust 2024 07:32
Türkiyənin Dənizli vilayətində ağır yol qəzası olub.
Bu barədə Sonxeber.net report.az-a istinadən xəbər verir.
Məlumata görə, Pamukkala rayonunda mikroavtobusun minik avtomobil ilə toqquşması nəticəsində 2 nəfər hadisə yerində ölüb, daha 10 nəfər yaralanıb. Xəsarət alanların toxuculuq firmasının əməkdaşları olduğu bildirilir.
Hadisə yerinə təcili yardım, jandarm, polis və xilasedicilər cəlb edilib. Yaralılar xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.