Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Sabah''ın Konfrans Liqasındakı rəqibi müəyyənləşdi

''Sabah''ın Konfrans Liqasındakı rəqibi müəyyənləşdi

Tarix: 2 Avqust 2024 08:34

"Sabah"ın UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi bəlli olub.

Bu, İrlandiyanın "Sent-Patriks Atletik" klubudur.

Dublin təmsilçisi ilk oyunda 3:1 hesabı ilə qalib gəldiyi Lixtenşteynin "Vaduz" klubu ilə bugünkü cavab matçında heç-heçə edib - 2:2. Bununla da komanda iki oyunun nəticəsinə görə 3-cü mərhələyə adlayıb.

Qeyd edək ki, "Sabah" 3-cü təsnifat mərhələsində ilk oyununu avqustun 8-də səfərdə, cavab matçını isə ayın 15-də evdə keçirəcək.

Milli.Az


Etiketlər:  Sabahın Konfrans Liqasındakı rəqibi müəyyənləşdi


RƏYLƏR