Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qarabağ''a qarşı başqa planlarımız var - Dermenciyev

''Qarabağ''a qarşı başqa planlarımız var - Dermenciyev

Tarix: 6 Avqust 2024 07:36

"Qarabağ" güclü komandadır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Bolqarıstanın "Ludaqorets" komandasının baş məşqçisi Georgi Dermenciyev UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ" klubuna qarşı keçirəcəkləri ilk oyundan öncə təşkil olunan mətbuat konfransında deyib.

O, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun öz işinin peşəkarı olduğunu vurğulayıb: "Uzun illərdir komandada işləməsi buna sübutdur. Lakin biz də rəqibdən çəkinmirik. Əvvəlki oyunlardan fərqli olaraq, bu dəfə başqa planlarla meydana çıxacağıq. Hava şəraiti isti olsa da, sabah hər kəsi çox maraqlı oyun gözləyir".

Mütəxəssis "Qarabağ" və "Ludaqorets"in oxşar komandalar olduğunu söyləyib: "Bolqarıstanda "Ludaqorets", Azərbaycanda isə "Qarabağ" öz liqalarının hegemonudurlar".

Qeyd edək ki, avqustun 6-da keçiriləcək "Qarabağ" - "Ludoqorets" matçı saat 20:00-da başlayacaq. Cavab görüşü isə avqustun 13-də olacaq.

Milli.Az


Etiketlər:  Qarabağa qarşı başqa planlarımız Dermenciyev


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ