Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistan KTMT-nin daha bir təlimindən imtina etdi

Ermənistan KTMT-nin daha bir təlimindən imtina etdi

Tarix: 6 Avqust 2024 11:42

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sentyabrın 3-dən 15-dək Qırğızıstanda keçiriləcək "Qarşılıqlı fəaliyyət-2024" təlimində iştirakdan imtina edib.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.

"Ermənistan tərəfi təlimlərdə iştirak etməyi planlaşdırmadığını açıqlayıb", - deyə məlumatda bildirilib.

Qeyd edək ki, Ermənistan KTMT-nin Rusiya Qvardiyasının rəhbərliyi ilə avqustun 14-dən 16-dək Novosibirskdə keçiriləcək "Kobalt-2024" təlimlərində də iştirakdan imtina edib.


Etiketlər:  Ermənistan KTMT daha təlimindən imtina etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ