Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Instagram''da foto paylaşımı ilə bağlı yenilik

''Instagram''da foto paylaşımı ilə bağlı yenilik

Tarix: 9 Avqust 2024 13:44

Sosial media nəhəngi "Instagram" yeni funksiyasını təqdim edib.

Sonxeber.net metbuat.az-a istinadən xəbər verir ki, yeni özəllik sayəsində "karusel" adlandırılan sürüşdürmə postlarında artıq 20 şəkil paylaşmaq mümkün olacaq. 2017-ci ildən aktiv olan bu cür postlarda buna qədər maksimum 10 şəkil paylaşmaq olurdu.

"Instagram" yeni özəlliklə "TikTok"la raqəbətdə aradakı boşluğu doldurmuş oldu. Belə ki, "TikTok"da sürüşdürmə postlarında 35-ə qədər paylaşıma icazə verilir.


Etiketlər:  Instagramda foto paylaşımı ilə bağlı yenilik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ