Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Avqust 2024 08:27
Stress, əsəb 20-dən çox xəstəlik və orqana təsir edir.
Sonxeber.net medicina.az-a istinadən xəbər verir ki, psixiatr Azər Bağırov stressin zərərlərini sədələyib.
- Miqren və gərginlik növündən yaranan baş ağrılarının əsas səbəbi stressdir.
Daha sonra mədə problemləri qeyd olunub. Həddindən artıq gərginlik nəticəsində mədə xorası və həzmsizlik müşahidə edilə bilər.
- Bağırsaq problemləri - qəbizlik, ishal kimi şikayətlər həm də stress nəticəsində meydana gələ bilir.
- Stress dəri xəstəliklərinə də səbəb olur. Buraya saçların qırılmasından tutmuş ekzema, müalicə ilə düzəlməyən qaşıntı və allergiyalar kimi bir çox problemlər daxildir.
Psixiatr stress nəticəsində yaranan digər xəstəlikləri belə sıralayıb:
- Bədən ağrıları: keçməyən boyun ağrıları, bel ağrıları, bədəndə yorğunluq;
- Ruhi problemlər: Depressiya gərgin şəxslərdə daha sıx müşahidə edilir;
- Həddindən artıq kökəlmə, ya da arıqlama gərginlik yaşayanlarda baş verir;
- Unutqanlıq: zehni qarışıqlıq, fikri cəmləmə problemləri əmələ gəlir;
- Beyin qansızmaları daha çox stressli fərdlərdə sıx müşahidə edilir.