Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rəşad Sadıqovdan tənqid - “Bu boyda pul ayrılır, amma...”

Rəşad Sadıqovdan tənqid - “Bu boyda pul ayrılır, amma...”

Tarix: 15 Avqust 2024 12:08

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov bu gün Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Xorvatiyanın "Osiyek" klubuna qarşı oynayacaqları "Liv Bona Dea Hospital" stadionunun ot örtüyünün pis durumda olmasından danışıb.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki,  çalışdırıcı meydançanın bu durumda olmasının səbəbini bilmədiyini və arena rəhbərliyinin onları nəzərə almadığını bildirib:

"Təəssüf ki, ev oyunlarımızı öz meydanımızda oynaya bilmirik. Mən "Qarabağ"da çıxış edərkən bundan pis meydançalarda oynamağa icazə verilirdi. Çox maraqlıdır ki, indi qadağa qoyurlar. Bura bizim meydançamız olmadığı üçün çox şey tələb edə bilmirik. İstər-istəməz stadion rəhbərliyi nəzərə almalı idi ki, burda avrokubok matçı keçiriləcək. Bizdən öncə oyunlar keçirilib, ot örtüyü "yüklənib". Biz, hətta "Şerif"lə keçirdiyimiz matçda da bunun əziyyətini çəkmişdik. Rəqib təzyiq edirdi, amma biz çıxa bilmirdik. Çünki təzyiqdən çıxmaq üçün texnika lazımdır və meydança bunu göstərməyə imkan  vermir. Çox məyusedici amildir. Bu boyda vəsaitlər ayrılır. Niyə meydança bu vəziyyətdədir, anlamıram. Səfərdəki oyunlarda necə texnikalı oynadığımızı görürsünüz, bu da meydançaya bağlıdır".


Etiketlər:  Rəşad Sadıqovdan tənqid boyda ayrılır amma


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ