Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Noyabr 2019 12:09
Bakı. İlhamə İsabalayeva - Trend:
Yeni hazırlanan "Turizm haqqında" qanun layihəsində turizm sənayesinin işini daha da stimullaşdırılmasına kömək etmək nəzərdə tutulub.
Trend-in məlumatına görə, bunu Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov deyib.
Onun sözlərinə görə, "Turizm haqqında" qanun layihəsi barədə artıq dövlət qurumlarının əksəriyyətini rəyi alınıb:
"Layihə Milli Məclisin yaz və ya payız sessiyasında müzakirəyə çıxarılacaq. Qanun layihəsində nəzərdə tutulan məsələlər sənayenin işinə mane törətmədən onların işinin daha da stimullaşdırılmasına kömək etməkdir. Qanunun ana xətti budur və bu istiqamətdə iş aparılır".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin