Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kurskdan ruslar Ukraynaya təxliyə olunur? - Polkovnik

Kurskdan ruslar Ukraynaya təxliyə olunur? - Polkovnik

Tarix: 20 Avqust 2024 20:16

Hazırda Kursk vilayətindən Rusiya vətəndaşlarının Ukraynaya təxliyəsi yoxdur, burada heç bir aktiv döyüş əməliyyatı aparılmır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu ukraynalı deputat, ölkənin Təhlükəsizlik Xidmətinin ehtiyatdakı polkovniki Roman Kostenko deyib.

"Əgər hansısa evakuasiya artıq baş tutsaydı, mən bundan xəbərdar olardım. Amma indi təxliyə yoxdur. Bildiyim odur ki, orada insanlar və Ukrayna qoşunlarının cərgəsinin arxasında qalan şəhər və qəsəbələrdə insanlar yaşayır, prinsipcə orada heç bir hərbi əməliyyat yoxdur, insanlar sadəcə olaraq orada yaşamağa davam edirlər, generalın rəhbərliyi ilə orada bizim komendantlıq yaradılıb", - deputat bildirib.

Milli.Az


Etiketlər:  Kurskdan ruslar Ukraynaya təxliyə olunur Polkovnik


RƏYLƏR