Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Avqust 2024 09:56
Türkiyədə "Beşiktaş", "Fənərbağça" və "Bursaspor"u çalışdırmış alman məşqçi Kristof Daum vəfat edib.
Sonxeber.net musavat.com-a istinadən bildirir ki, xərçəng xəstəliyindən əziyyət çəkən alman mütəxəssis 70 yaşında həyatla vidalaşıb.
Qeyd edək ki, K.Daum Türkiyə klubları ilə yanaşı Almaniyada "Bayer 04", "Ştutqart", "Köln", "Ayntraxt"ı, Belçikada "Brügge"ni, Avstriyada "Austriya"nı, həmçinin Rumıniya millisini də çalışdırıb. Türkiyədə 3 dəfə ölkə çempionluğu yaşamış mütəxəssis, həmçinin ölkə kubokunu (2) və "Cümhurbaşqanlığı Kuboku"nu (1) qazanıb.