Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan Beynəlxalq Bankından bir ilk -“e-PİN” xidməti

Azərbaycan Beynəlxalq Bankından bir ilk -“e-PİN” xidməti

Tarix: 7 May 2019 21:51

Bakı. Trend:

Azərbaycan Beynəlxalq Bankı elektron xidmət infrastrukturunun inkişafı tədbirlərini davam etdirir.

Bankdan Trend-ə verilən məlumata görə, bu istiqamətdə uğurla başa çatdırılan daha bir layihə sayəsində müştərilərə plastik kartlarının PİN kodunu ATM-lər və Azərbaycanda ilk dəfə olaraq onlayn qaydada təyin etmək imkanı yaradılıb.

Xatırladaq ki, əvvəllər müştərilər kart sifariş etdikdə PİN kod onlara ya xüsusi zərflərdə təqdim olunurdu, ya da PİN kodu müştərilər Bankın filial və şöbələrində POS terminal vasitəsilə özləri müəyyənləşdirirdilər.

İndi isə müştərilər Azərbaycan Beynəlxalq Bankından kartlarını əldə edərkən PİN kodu banka məxsus ATM-lər və ya bankın saytında “e-PİN” bölməsinə daxil olmaqla təyin edə bilərlər. Bu zaman əməliyyatların tam təhlükəsizliyi təmin olunur. Bu xidmətdən istifadə müştərilərin vaxtına qənaət etməklə bərabər, PİN kodun sonradan unudulması hallarını da aradan qaldırır.

Sözügedən xidmətlərin istifadə qaydaları barədə məlumatı bu linkdən əldə etmək mümkündür: https://www.ibar.az/az/individual/bank-24-7/internet-banking/e-pin/

Qeyd edək ki, bu imkan ancaq bankdan yeni sifariş edilən kartlara aiddir.

Azərbaycan Beynəlxalq Bankı ölkəmizdə ən böyük ATM şəbəkəsinə malik olan və ən çox sayda beynəlxalq ödəniş sistemləri ilə əməkdaşlıq edən Azərbaycan bankıdır. Bankın müxtəlif çeşiddə plastik kartlarını bu linkdən onlayn sifariş vermək mümkündür: https://www.ibar.az/az/individual/plastic-cards/

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 35 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycan Beynəlxalq Bankından PİN xidməti


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ