Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Müavinət və təqaüd alanların nəzərinə!

Müavinət və təqaüd alanların nəzərinə!

Tarix: 28 Avqust 2024 10:28

Dövlət Sosial Müdafiə Fondu avqust ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarını bu gün tam ödəyib.

Bu barədə Milli.Az-a Fonddan məlumat verilib.

Qeyd olunub ki, bundan əvvəl - avqustun 9-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, avqustun 19-da isə bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya alan şəxslərin avqust ayının pensiya ödənişləri həyata keçirilib.

Beləliklə, avqust ayı üzrə bütün pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının ödənişi yekunlaşıb.

Milli.Az


Etiketlər:  Müavinət təqaüd alanların nəzərinə


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR