Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bəzi qoruqlarda yeni idarəetmə modeli yaradılacaq

Bəzi qoruqlarda yeni idarəetmə modeli yaradılacaq

Tarix: 29 Noyabr 2019 17:04

Bakı. İlhamə İsabalayeva - Trend:

Gələn il ərzində Şəkidəki "Yuxarı Baş", İsmayıllıdakı "Basqal", Qubadakı "Xınalıq" qoruqlarında tamamilə yeni idarəetmə modeli təqdim ediləcək.

Trend-in məlumatına görə, bunu Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov Milli Turizm Sammitində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, turizm sahəsində ən vacib instusional islahatlardan biri Qoruqların İdarəetmə Mərkəzinin yaradılmasıdır: "Ötən il ərzində tabeliyimizdə olan qoruqlarda idarəetmə prosesinin həyata keçirilməsi, eyni zamanda tarixi irsimizi qorumaq üçün Qoruqların İdarəetmə Mərkəzi yaradıldı. Bu mərkəz Prezident İlham Əliyev tərəfindən yaradılanda qarşıya qoyulan məqsədlərdən biri bu idi ki, qoruqlarımızı, tarixi irsimizi qorumaq, eyni zamanda bunu turizmin inkişafına yönəltmək lazımdır. Bununla bağlı çoxfunksionallı fəaliyyət həyata keçirilməyə başlanıldı. Biz yalnız turistlərin qoruqlarımıza gəlib baxıb qayıtmalarını istəmirik. Eyni zamanda həmin qoruqlarda alternativ xidmətlərin təklif edilməsini təşkil edirik".

K.Qasımov deyib ki, artıq "Yanardağ" qoruğunda bu islahatlar həyata keçirilib. Şəkidə "Yuxarı Baş", İsmayıllıda "Basqal", Qubada "Xınalıq" qoruqlarının strateji konsepsiyaları hazırlanıb və təqdim edilib:

"Növbəti il ərzində orada tikinti, yenidənqurma işləri həyata keçiriləcək və tamamilə yeni idarəetmə modeli təqdim ediləcək".


Etiketlər:  Bəzi qoruqlarda yeni idarəetmə modeli yaradılacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ