Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Devalvasiyanın ayaq səsləri, yoxsa..?

Devalvasiyanın ayaq səsləri, yoxsa..?

Tarix: 28 Avqust 2024 16:24

"Yaxın vaxtda devalvasiyanın olacağı ilə bağlı xəbərlərin ciddi əsası yoxdur. Təbii ki, ehtimal həmişə var. Amma bunun üçün ciddi iqtisadi əsas yoxdur".

Sonxeber.net xəbər verir ki, bu sözləri Metbuat.az-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib. O bildirib ki, Mərkəzi Bank məcbur olmadıqca devalvasiyadan mümkün qədər yayınacaq:
Ətraflı

"Amma məcbur olduğu halda devalvasiya olacaq. Manatın məzənnəsini Mərkəzi Bank təyin edir. Bu baxımdan dəqiq proqnoz vermək çox çətindir. Çünki Mərkəzi Bankın özünün birbaşa təyin etdiyi və səlahiyyətində olan məsələdir. Hətta Mərkəzi Bank bunu süni şəkildə qabağa da çəkə bilər, ləngidə də bilər. Mərkəzi Bankdan çox şey aslıdır, hazırda buna məcbur deyil. Çünki neft qiymətləri yüksəkdir. Bundan əlavə, Mərkəzi Bankın ehtiyatları son dövrlərdə azalmır, artır. Ona görə də, yaxın zamanda devalvasiya gözlənilmir".


Etiketlər:  Devalvasiyanın ayaq səsləri yoxsa


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ