Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Qarabağ”ın mərhələni keçmək şansı yoxdur - Tanınmış mütəxəssis

“Qarabağ”ın mərhələni keçmək şansı yoxdur - Tanınmış mütəxəssis

Tarix: 28 Avqust 2024 16:56

"Qarabağ" sabah UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində "Dinamo" ilə qarşılaşacaq. Ağdam təmsilçisi ilk oyunda 0:3 hesabı ilə məğlub olduğu rəqibinə qarşı geridönüş etməyi bacarsa, həmin turnirin liqa mərhələsinə yüksələcək. Əks halda isə Avropa Liqasında liqa raundunda mübarizə aparacaq. 

Bəs görəsən, təmsilçimizin növbəti mərhələyə adlama şansı nə qədərdir?

Sonxeber.net xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan Aut.az saytının baş redaktoru, tanınmış idman jurnalisti Natiq Muxtarlı bildirib ki, "Qarabağ"ın bu dəfə geridönüş edə biləcəyi inandırıcı görünmür:  aptek depo

"Sözün düzü, "Dinamo" ilə cavab matçı üçün o qədər də nikbin deyiləm. Bilirsiniz, Zaqreb "Dinamo"su çox möhkəm komandadır. Bu səviyyədə olan klublar 3:0-lıq üstünlüyü əldən verməzlər. Bu oyunu "Ludoqorets"lə qarşılaşma ilə müqayisə edə bilmərik. O oyunda "Qarabağ" cəmisi bir top fərqilə məğlub olmuşdu. Burada isə fərq 3 topdur. Demək olar ki, eyni səviyyəli komandaların mübarizəsində bu fərqi aradan qaldırmaq mümkünsüzdür. "Qarabağ" bu mübarizəni səfərdə uduzdu: yaratdığı saysız-hesabsız imkanların heç birindən yararlana bilməməklə. Bakıda çox çətin olacaq. "Qarabağ" hücum edəcək, "Dinamo" "avtobus" quracaq. Deməli, "köhlən atlar" həm də boşluqlar verəcəklər. "Dinamo" da sürətli əks-hücumlar etməyi bacaran komandadır. Üstəlik, heyətdə də ciddi itiklər, zədəli və cəzalı futbolçular var". 

Natiq Muxtarlı möcüzənin də istisna olmadığını qeyd edib: 

"Reallığı nəzərə alsaq, "Qarabağ"ın mərhələni keçmək şansının olmadığını deməliyik. Amma bu futboldur. Möcüzə ola bilərmi? Olar. O halda ki, Zaqrebdəki ssenari yenə təkrarlansın. Amma bu dəfə "Qarabağ" yaratdığı bütün imkanlardan yararlansın, "Dinamo" isə şanslarını boşa versin. Ümid edək ki, "Qarabağ" bizi növbəti dəfə təəccübləndirəcək, bədbinliyimizə görə möhtəşəm qələbə ilə "cəzalandıracaq".  


Etiketlər:  Qarabağın mərhələni keçmək şansı yoxdur Tanınmış mütəxəssis


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ