Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İstanbulda xəstəxanaya silahlı hücum - 5 yaralı

İstanbulda xəstəxanaya silahlı hücum - 5 yaralı

Tarix: 31 Avqust 2024 10:32

İstanbulda Bahçelievler dövlət xəstəxanasının təcili yardım şöbəsinə silahlı hücum olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə gecə yerli vaxtla saat 02:30-də baş verib.

Kimliyi məlum olmayan şəxslərin açdığı atəş nəticəsində bir polis əməkdaşı, bir jandarma, özəl mühafizə xidmətinin bir əməkdaşı və iki mülki vətəndaş olmaqla 5 nəfər ağır yaralanıb.

Hazırda xəsarət alanların müalicəsi davam etdirilir, həyati təhlükələri yoxdur.

Hadisəni törətməkdə şübhəli bilinən şəxslərlə bağlı axtarışlar aparılır.

Milli.Az


Etiketlər:  İstanbulda xəstəxanaya silahlı hücum yaralı


RƏYLƏR