Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Noyabr 2019 02:24
Bakı. Trend:
Bakı Dövlət Universitetində (BDU) Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Faiq Məmmədovun tələbələrlə görüşü keçirilib.
Universitetdən Trend-ə verilən məlumata görə, BDU Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə baş tutan görüşdə Gənclər Fondunun İcraçı direktoru Fərid Cəfərov məzunu olduğu universitetdə tələbələrlə görüşməkdən məmnunluğunu ifadə edib. O, Gənclər Fondu tərəfindən həyata keçirilən layihələr barədə məlumat verib, ənənəvi qrant müsabiqələri, layihələrin maliyyəşdirilməsi, “Gəncup” mobil tətbiqi, təhsil proqramları, startap ideyalarına dəstəyin göstərilməsi, gənclərin xaricdə təcrübə proqramları və beynəlxalq tədbirlərdə iştirakları üçün həyata keçirilən qrant layihələri haqqında danışıb. Bölgələrdə fəaliyyət göstərən Gənclərin inkişaf və karyera mərkəzlərinin fəaliyyətindən bəhs edən Fərid Cəfərov, eyni zamanda, tələbələrə Gənclər Fondu və Asan Xidmətin birgə “Gənclik” layihəsi, “Gənc könüllü” proqramı haqqında da məlumat verib.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Faiq Məmmədov çıxışında dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində Tələbə Gənclər Təşkilatlarının fəaliyyətindən danışıb, respublikanın ictimai-siyasi, mədəni, sosial, iqtisadi həyatında onları fəal iştirak etməyə dəvət edib.
Görüş tələbələri məlumatlandıran sualların cavablandırılması və təkliflər ətrafında müzakirələrin aparılması ilə başa çatıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin