Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ Ukraynaya yeni hərbi yardım göndərəcək

ABŞ Ukraynaya yeni hərbi yardım göndərəcək

Tarix: 3 Sentyabr 2024 22:54

ABŞ administrasiyası yaxın həftələrdə Ukraynaya yeni hərbi yardım göndərmək niyyətindədir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

Onun sözlərinə görə, ABŞ-ın Ukraynaya dəstəyi dəyişməz olaraq qalır:

"Bu cür hücumlardan qorunmağa çalışdığı üçün Ukraynanı dəstəkləməyə davam edəcəyik. Cəmi 10 gün əvvəl biz daha bir hərbi yardım paketini elan etdik və daha da çoxu yaxın həftələrdə veriləcək".

O, Vaşinqtonun Kiyevə əlavə olaraq hansı silahları göndərəcəyini açıqlamayıb.

Milli.Az


Etiketlər:  ABŞ Ukraynaya yeni hərbi yardım göndərəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ