Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ərəb klubuna keçdi: Millinin baş məşqçisi ondan imtina etdi

Ərəb klubuna keçdi: Millinin baş məşqçisi ondan imtina etdi

Tarix: 5 Sentyabr 2024 21:40

Hollandiya yığmasının baş məşqçisi Ronald Kuman karyerasını Səudiyyə Ərəbistanında davam etdirmək qərarına gəldikdən sonra cinah oyunçusu Stiven Berqveyni komandaya çağırmayacağını bildirib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, daha əvvəl 26 yaşlı Berqveynin "Ayaks"dan "Əl-İttihad"a keçdiyi məlum olub. Transfer məbləği 21 milyon avrodan çox qiymətləndirilir.

"Əslində onun üçün yol bağlıdır. Bu barədə nə düşündüyümü bilir. 26 yaşında əsas ambisiyan pul deyil, idman olmalıdır. Futbolçular seçim edirlər.

"Barselona"ya getmək imkanım olsa da, heç vaxt belə vəziyyətə düşməmişəm. O, "Ajaks"da qala bilərdi və bu, o qədər də pis olmazdı, elə deyilmi? Oyunçuların seçiminə hörmətlə yanaşmalısan, amma şəxsən mən getməzdim", - Kuman mətbuat konfransında deyib.

Berqveyn Hollandiya millisinin heyətində 35 oyunda 8 qol vurub.

Milli.Az


Etiketlər:  Ərəb klubuna keçdi Millinin baş məşqçisi ondan imtina etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ