Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Teleqram qaydaları dəyişdi: Şəxsi söhbətlər qorunmayacaq

Teleqram qaydaları dəyişdi: Şəxsi söhbətlər qorunmayacaq

Tarix: 6 Sentyabr 2024 15:00

Pavel Durovun Fransada saxlanılmasından sonra Teleqram təhlükəsizlik siyasətini dəyişib və şəxsi söhbətlərin moderasiyasına (Moderatorların qaydalara və istifadəçi kontentinin idarə edilməsinə (UGC) nəzarət) başlamaq niyyətindədir.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə "TechCrunch" portalı məlumat yayıb.

Məlumata görə, Teleqram dünən özünün tez-tez verilən suallar (FAQ) səhifəsindən şəxsi söhbətlərin qorunduğuna dair məlumatı silib.

Messencerin rəhbərliyi bildirib ki, bütün Teleqram proqramlarında qeyri-qanuni məzmun barədə moderatorlara məlumat verməyə imkan verən "Reрort" düyməsi var.

Bundan əlavə, Teleqram istifadəçilərin moderatorlardan məzmunun silinməsini tələb etmək üçün e-mail ünvanı da yerləşdirib.


Etiketlər:  Teleqram qaydaları dəyişdi Şəxsi söhbətlər qorunmayacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ