Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Sentyabr 2024 19:06
Estoniyanın Tallin şəhərində cüdo üzrə gənclər arasında Avropa çempionatı davam edir.
Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, 2-ci yarış günündə 3 cüdoçumuz tatamiyə çıxıb.
Tatamiyə çıxan cüdoçularımızdan 2-si uğurlu çıxışla yadda qalıb.
Avropa çempionatı
73 kq
Vüsal Qələndərzadə 1/16 final mərhələsində kosovolu Dion Şarapollini üstələyib. O, daha sonra Emre Karadumana (Türkiyə) qalib gəlib. Qələndərzadə1/4 finalda Peter Jeanı yolundan kənarlaşdıraraq yarımfinala yüksəlib. O, növbəti rəqibi Mate Beruaşvilini (Gürcüstan) də məğlub edib. Qələndərzadə finalda bolqarıstanlı rəqibi Dimitar Qospodinovu məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
İlk mərhələdə güləşməyə başlayan Aydın Rzayev İbrahim Demirəldən (Türkiyə) üstün olub. O, daha sonra Vlad Mitru (Moldova) üzərində qələbəni təmin edib. Rzayev 1/8 fianalda danimarkalı Morqan Errboeyə məğlub olub. Rəqib 1/4 finalda uduzduğu üçün Aydın mübarizəni dayandırıb.
81 kq
Süleyman Şükürov da 1/16 finaldan başlayıb. O, ilk olaraq Petrov Kesova (Kipr) qalib gəlib. Şükürov daha sonra Luka Zorotoviç (Xorvatya) və Luka Cavakhişvilini (Gürcüstan) məğlub edərək yarımfinala yüksəlib. Süleyman final uğrunda görüşdə İqor Tsurkanı (Ukrayna) üstələyib. Şükürovun həlledici görüşdə gürcüstanlı rəqibi Aleksadre Loladzeni məğlub edərək ən güclü adını qazanıb.
Qeyd edək ki, ilk gündən sonra millimizin aktivində 2 qızıl, 1 gümüş medal var. Könül Əliyeva (48 kq) və Fidan Əlizadə (57 kq) fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Nizami İmranov (60 kq) gümüş medal qazanıb.
Milli.Az