Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-da məktəbdə atışma - şagird öldü

ABŞ-da məktəbdə atışma - şagird öldü

Tarix: 7 Sentyabr 2024 11:30

ABŞ-ın Merilend ştatının Coppa şəhərində yerləşən məktəblərin birində baş verən atışma nəticəsində bir yeniyetmə ölüb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "ABC" televiziyası Harford dairə polisinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, məktəb binasındakı tualetlərdən birində mübahisə baş verib, nəticədə bir şagird (16 yaşlı - Qeyd) digərini odlu silahla ağır yaralayıb.

Bundan sonra o, tələsik təhsil müəssisəsini tərk etsə də, bir neçə dəqiqə ərzində yaxınlıqda polis əməkdaşları tərəfindən saxlanılıb.

Xəstəxanaya yerləşdirilən 15 yaşlı yaralı yeniyetmənin həyatını xilas etmək mümkün olmayıb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Milli.Az


Etiketlər:  ABŞ məktəbdə atışma şagird öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ