Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Sentyabr 2024 21:12
Misirdə arxeoloqlar qazıntılar zamanı ölkənin qədim tarixinin ən məşhur fironlarından birinin - II Ramzesin qılıncını tapıblar.
Sonxeber.net lent.az-a istinadən bildirir ki, bu barədə Misirin Turizm və Qədim Əsərlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, əvvəlcə əsgərlər üçün kazarmalar və silah və təchizat anbarları da daxil olmaqla bir neçə bina aşkar edilib. Orada da çoxlu antik əşyalar, əsasən o dövrün Misir əsgərlərinin şəxsi əşyaları tapılıb.
Tapıntılar arasında kral II Ramzesin ad lövhəsi ilə bəzədilmiş uzun tunc qılınc da olub.
II Ramzes Qədim Misir tarixinin ən böyük hökmdarlarından biri olub. Onun 60 ildən artıq (e.ə. XIII əsr) hakimiyyətdə olduğu təxmin edilir. Bu müddət ərzində Misir ciddi hərbi uğurlara və böyük ərazilərə nəzarət edib.