Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranda Denge qızdırmasına yoluxanların sayı kəskin artıb

İranda Denge qızdırmasına yoluxanların sayı kəskin artıb

Tarix: 7 Sentyabr 2024 22:52

Sentyabrın ilk həftəsində İranda 178 Denge qızdırması halı qeydə alınıb.

Sonxeber.net xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.

İran Səhiyyə Nazirliyinin Yoluxucu Xəstəliklərlə Mübarizə Mərkəzinin rəhbəri Şəhnam Ərşi iddia edib ki, xəstəliyə yoluxanlar ölkənin yalnız bir hissəsində yaşayanlardır.

Onun sözlərinə görə, diaqnoz qoyulan şəxslərin bir çoxu xaricə səyahət edənlər olub. Ərşi qeyd edib ki, qızdırmadan indiyədək bir nəfər ölüb.


Etiketlər:  İranda Denge qızdırmasına yoluxanların sayı kəskin artıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ