Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Sentyabr 2024 00:52
Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı konqresmenlərlə görüşdə ABŞ-nin silah tədarükünü sürətləndirməsini istəyib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə dövlət başçısının "Telegram" kanalında məlumat verilib.
"ABŞ konqresmenlərindən ibarət nümayəndə heyəti ilə görüş keçirdim. Bütün səviyyələrdə tərəfdaşları ehtiyaclarımız və mövqelərimiz haqqında tam məlumatlandırmaq vacibdir. Hər kəsin, xüsusən də Birləşmiş Ştatlar kimi dövlətlərin bizim razılaşmalarımızı həqiqətən sürətlə yerinə yetirməsi çox vacibdir", - Zelenski vurğulayıb.
Onun sözlərinə görə, hərbi yardımlarda istənilən gecikmə cəbhəyə mənfi təsir göstərir.
Milli.Az