Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Sentyabr 2024 16:34
Portuqaliya millisinin və Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Nəsr"in hücumçusu Kriştianu Ronaldo virusa yoluxub.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə "Əl-Nəsr" klubunun mətbuat xidməti məlumat yayıb.
39 yaşlı ön xətt oyunçusu xəstəlik səbəbindən Asiya Çempionlar Liqasının I turunda İraqın "Əl-Şorta" klubu ilə səfər matçını buraxacaq.
Qeyd edək ki, "Əl-Şorta" - "Əl-Nasr" oyunu sentyabrın 16-da Bağdadda keçiriləcək.