Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Sentyabr 2024 17:25
Əməkdar artist Kübra Əliyevanın səhhətində yenidən problem yaranıb.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu haqda aktrisa "Elgizlə izlə" verilişində deyib. O bildirib ki, fəqərə sümüyündə problem yaranıb:
"13 ildir onkoloji xəstəlikdən xilas olmuşam. Bu aralar çox gəzdim, evdə çox iş gördüm və belim ağrıdı. Getdim xəstəxanaya, pis xəbər gəldi. Dedilər ki, beş fəqərə sümüyün sınıb. Yaxın günlərdə müalicəmə başlayacağam. İnanıram ki, buna da qalib gələcəyəm".