Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Moskva vilayətində miqrantlar bu işlərlə məşğul ola bilməyəcək

Moskva vilayətində miqrantlar bu işlərlə məşğul ola bilməyəcək

Tarix: 17 Sentyabr 2024 13:56

Gələn ildən Rusiyanın Moskva vilayətində bəzi sahələrdə miqrantların işləməsinə məhdudiyyət qoyulacaq.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, sözügedən məsələ Moskva vilayətinin qubernatoru Andrey Vorobyovun region və bələdiyyə rəhbərləri ilə görüşündə müzakirə edilib. 

Moskva vilayəti hökumətinin sədr müavini Nataliya Maslenkinanın sözlərinə görə, regionda üç il ərzində ticarət sahəsində xarici işçi qüvvəsi ilə bağlı şikayətlərin sayı artıb. Bildirilib ki, hazırda vilayətdə spirtli içki və siqaret satışı ilə məşğul olan pərakəndə mağazalara xarici işçi qüvvəsinin cəlb edilməsində məhdudiyyətlər mövcuddur.

Maslenkina, bununla yanaşı, miqrantların küçələrdə yemək satışı, idman, məşğulluq, istirahət, səhiyyə, sosial xidmətlər və təhsil kimi sosial istiqamətlər üzrə işləməsini məhdudlaşdırmağı təklif edib.


Etiketlər:  Moskva vilayətində miqrantlar işlərlə məşğul bilməyəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ