Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Sentyabr 2024 20:38
Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu İrana gözlənilməz səfər edib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə RT məlumat yayıb.
Telekanalın yayımladığı videoda Şoyqunun İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianla görüş keçirməsi əks olunub.
İRİB-in məlumatına görə, Şoyqu İran Prezidenti Məsud Pezeşkianla da görüşüb.
Qeyd edək ki, ötən gün İran lideri Məsud Pezeşkian açıqlamışdı ki, İran hökuməti Rusiya ilə əməkdaşlıq edir, lakin onu raketlərlə təmin etmir.