Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Piolinin “Əl-Nəsr”ə keçidi rəsmiləşdi

Piolinin “Əl-Nəsr”ə keçidi rəsmiləşdi

Tarix: 18 Sentyabr 2024 23:48

Stefano Pioli Kriştiano Ronaldonun formasını geyindiyi "Əl-Nəsr"in baş məşqçisi təyin olunub.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistan klubunun mətbuat xidməti məlumat yayıb. 

İtaliyalı mütəxəssisin son iş yeri "Milan" klubu olub. Stefano Pioli "Əl-Nəsr"ə istefaya göndərilən Luis Kastronun yerinə təyin olunub.

Qeyd edək ki, "Əl-Nəsr" Səudiyyə Pro-Liqasının turnir cədvəlində 3 oyundan sonra 5 xalla 7-ci yerdədir.

Milli.Az


Etiketlər:  Piolinin Nəsrə keçidi rəsmiləşdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ