Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

La Liqa: “Barselona” “Vilyarreal”ı darmadağın edib

La Liqa: “Barselona” “Vilyarreal”ı darmadağın edib

Tarix: 23 Sentyabr 2024 07:58

İspaniya La Liqasının VI turunda "Barselona" səfərdə "Vilyarreal"ı darmadağın (5:1) edib.

Sonxeber.net report.az-a istinadən xəbər verir ki, matç "Keramika" stadionunda baş tutub.

Kataloniyalıların heyətində Robert Levandovski və Rafinya dubl ediblər, Pablo Torre bir qolla yadda qalıb. Meydan sahiblərinin təsəlli qolunu Axose Peres vurub.

Beləliklə, kataloniyalılar La Liqanın cari mövsümündə ardıcıl altıncı qələbəsini qazanıb. "Barselona" 18 xalla turnir cədvəlində birincidir. "Vilyarreal" 11 xalla 5-ci pillədə qərarlaşıb.


Etiketlər:  Liqa Barselona Vilyarrealı darmadağın edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ