Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Sentyabr 2024 22:02
Dünyanın ən sürətli kompüteri olan "Fuqaku"ya sahib olan Yaponiya daha bir yeniliyə imza atacaq.
Sonxeber.net qafqazinfo.az-a istinadən xəbər verir ki, yapon alimlər növbəti illərdə daha sürətli olan "Fuqaku Next" superkompüterini hazırlayacaqlar.
Ölkənin Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyi yeni kompüterin istehsalına 2025-ci ildə başlanacağını açıqlayıb.
Bildirilir ki, "Fuqaku Next" 2030-cu ildə istifadəyə veriləcək və hökumət bu layihə üçün 110 milyard yapon yeni ayırıb.