Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Onların arxiv görüntülərini paylaşdı - VİDEO

Onların arxiv görüntülərini paylaşdı - VİDEO

Tarix: 26 Sentyabr 2024 19:00

Türkiyədə yaşayan aktrisa Məlahət Abbasova sosial media hesabındakı paylaşımı ilə maraq oyadıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktrisa bir çox sənət adamının yer aldığı arxiv görüntülərini izləyiciləri ilə bölüşüb.

"Kimlər yoxdur ki: Siyavuş Aslan, Yaşar Nuri, Emin Sabitoğlu, Həsən Turabov, Amalya Pənahova, Ramiz Məlik, Nurəddin Mehdixanlı, Firəngiz Mütəllimova, Fizuli Hüseynov və sair. Bir sözlə, teatrımızın əsas sütunları... 1990-cı ildə ruhani atam, Azərbaycan Akademik Milli Dram Teatrının Türk Dünyası Araşdırmalar Vəqfinin prezidenti, professor Turan Yazqanın dəvəti ilə  İstanbul və Ankara Dövlət Teatrlarında səhnələşdiriləcək İlyas Əfəndiyevin "Bizim qəribə taleyimiz" və "Sevgililərin cəhənnəmdə vüsalı"  tamaşaları ilə qastrol səfərinə getmişdik. Aramızdan ayrılan sənətkarlarımızın ruhu şad olsun. Allah aramızda olan sənətçilərə can sağlığı versin. Hamınızı sevirəm" deyə, M.Abbasova paylaşımında yazıb.

Qeyd edək ki, Siyavuş Aslan 2013-cü ildə, Yaşar Nuri 2012-ci ildə, Emin Sabitoğlu 2000-ci ildə, Həsən Turabov 2003-cü ildə, Amalya Pənahova 2018-ci ildə, Ramiz Məlik 2023-cü ildə dünyasını dəyişib. 

Milli.Az


Etiketlər:  Onların arxiv görüntülərini paylaşdı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ