Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Dekabr 2019 12:27
Bakı. Trend:
Suraxanı rayonunda yerləşən kafelərin birində silahlı insident baş verib.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, noyabrın 30-da saat 1 radələrində Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsi ərazisində yerləşən kafelərin birində 2 nəfər xuliqanlıq zəminində odlu silahdan açdıqları atəşlə Bakı şəhər sakini F.Zeynalovun əl nahiyəsinə xəsarət yetiriblər.
Xəsarət almış F.Zeynalova xəstəxanada ilkin tibbi yardım göstərilib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.
Suraxanı RPİ 33-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xuliqanlığı törətməkdə şübhəli bilinən paytaxt sakinləri O.Quliyev və E.Babayev saxlanılıblar. E.Babayevdən cinayətdə istifadə etdiyi “Winchester” markalı tüfəng götürülüb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin