Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Oktyabr 2024 00:44
Aleyna Tilkinin şəxsi məlumatlarını ələ keçirib üçüncü şəxslərə paylayacağını deyərək şantaj edildiyi iddiası ilə bağlı aparılan araşdırmada yeni qərar verilib.
Sonxeber.net azxeber.com-a istinadən xəbər verir ki, keçirilən iclasda Aleyna Tilki iştirak etməyib.
Təqsirləndirilən şəxsin vəkili İ.Y. şahidlər Aleyna Tilki və atasının əvvəlki iclasda iştirak etmədiyini bildirərək növbəti məhkəməyə zorla gətirilməsini istəyib.
Məhkəmə iradı diqqətə alaraq gənc müğənninin gələn məhkəməyə zorla gətirilməsinə qərar verib.
Xatırldaq ki, Aleyna Tilkinin şəxsi məlumatları, ev ünvanı, şəxsiyyət vəsiqəsi kimi bir çox şəxsi məlumatlarını əldə edən İbrahim Y. adlı şəxs məşhur müğənninin atasını və köməkçisini telefon və sosial media üzərindən şantaj etmişdi. Daha sonra o, müğənniyə məxsus özəl məlumatları sosial şəbəkədə açdığı müxtəlif saxta hesablardan ictimaiyyətə yaymışdı.
Aleyna Tilkinin şikayəti əsasında Halil İbrahim Y.-yə qarşı "şəxsi məlumatları qanunsuz olaraq əldə etmək və ya yaymaq" ittihamı ilə 4 ilə qədər həbs cəzası tələbi ilə iddia qaldırılıb.