Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şahzadə 1000 metrlik qüllə tikdirir

Şahzadə 1000 metrlik qüllə tikdirir

Tarix: 6 Oktyabr 2024 14:54

Səudiyyə maqnatı Şahzadə əl-Valid bin Təlal 1000 metr hündürlüyündəki Ciddə Qülləsi layihəsinin yenidən icrasına başlayır.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə şahzadə özünün X hesabında məlumat verib.

"Biz qayıtdıq", - şahzadə X hesabında yazıb.

Məlumata görə, qüllənin inşası 1.9 milyard dollara başa gələcək və 2028-ci ildə hazır olacaq. Onun dünyanın ən hündür binası olacağı bildirilir.

Qeyd edək ki, qüllənin inşası 2017-ci ildə antikorrupsiya kampaniyası səbəbindən dayandırılmışdı.


Etiketlər:  Şahzadə 1000 metrlik qüllə tikdirir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ