Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Dekabr 2019 17:12
Bakı. Elnur Bağışov - Trend:
İranda qrip yayıldığı gündən bəri (təxminən son iki ayda) 56 nəfər dünyasını dəyişib.
Trend-in məlumatına görə, bunu İranın səhiyyə nazirinin müavini Əlirza Rəisi deyib.
Ə.Rəisinin sözlərinə görə, ötən bir həftə ərzində qrip nəticəsində 19 nəfər həlak olub.
O, əlavə edib ki, İranda H1N1 və H3N2 virusları nəticəsində öncəki həftəyədək 37 nəfər dünyasını dəyişmişdi.
Nazir müavini indiyədək 273 nəfərin qrip viruslarına görə xəstəxanaya yerləşdirildiyini deyib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin