Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Oktyabr 2024 13:08
HAMAS tərəfindən İsrailə Qəzzanın cənubundakı Xan Yunis şəhərindən beş raket atılıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
İki nəfərin yaralandığı bildirilib.
Qeyd edək ki, HAMAS İsrailin mərkəzinə atılan raket hücumuna görə məsuliyyəti öz üzərinə götürərək, Tel-Əvivi hədəf aldığını bildirib.