Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Beyl və komanda yoldaşlarına qolf qadağası

Beyl və komanda yoldaşlarına qolf qadağası

Tarix: 2 Dekabr 2019 20:24

Uels Futbol Federasiyası milli komandanın futbolçularına Avro-2020 zamanı qolf oynamağa qadağa qoyacaq.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə qurumun nümayəndəsi Conatan Ford məlumat verib.  “Bəzi futbolçularımızın qolfa olan sevgisini normal qarşılayıram. Ancaq diqqətli olmalıyıq. Qolf oynamaqlarına icazə verməklə oyunçuların sağlamlıqlarını riskə ata bilmərik".

O, komandanın baş məşqçisi Rayan Giqqzin də bu qadağanı dəstəklədiyini söyləyib: "Giqqz turnir ərzində bütün fikrimizin yalnız futbolda olmasını istəyir. Bununla bağlı fikri qətidir."
 
Qeyd edək ki, Qaret Beyl başda olmaqla bəzi uelsli futbolçuların qolf oynamağa böyük marağı var.

 


Etiketlər:  Beyl komanda yoldaşlarına qolf qadağası


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ