Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-da “Sinvar” içkisi İsraildə rezonans yaratdı - FOTO

ABŞ-da “Sinvar” içkisi İsraildə rezonans yaratdı - FOTO

Tarix: 12 Oktyabr 2024 23:46

ABŞ-ın Kaliforniya ştatının Oklend şəhərində fələstinlilərə məxsus kafedə HƏMAS lideri Yəhya Sinvarın adına olan içki menyuya daxil edilib.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə "Yerusəlim Post" məlumat yayıb.

Bildirilib ki, Qüds Qəhvə Evi "Şirin Sinvar" adlı portağal, zəncəfil və yerkökü qarışımı şirəsini təklif edir. 10 dollarlıq içki məhz 7 oktyabrda - İsrailə hücumun bir illiyində təqdim edilib. Bu isə təsadüfi deyil, çünki hücumun memarı Yəhya Sinvardır.

Nəşr həmçinin menyudakı digər içkinin "intifada" sözünü assosiasiya etdiyini iddia edib. Belə ki, "İced in tea fada" adlı özəl içkinin də Fələstin üsyanının adına uyğunlaşdırıldığı ehtimal edilir (İntifada - fələstinlilərin İsrail işğalına qarşı üsyanının ümumi adıdır).


Etiketlər:  ABŞ Sinvar içkisi İsraildə rezonans yaratdı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ