Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı mina terroruna göz yummamalıdır - XİN

Beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı mina terroruna göz yummamalıdır - XİN

Tarix: 14 Oktyabr 2024 15:06

Beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı mina terroruna göz yummamalıdır.

Sonxeber.net xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkəsindəki səhifəsində edilən paylaşımda deyilir.

"Ermənistanın minalardan istifadə etməklə davam edən terroru nəticəsində bu gün Qazaxda minanın partlamasından sonra daha bir Azərbaycan vətəndaşı yaralanıb", - deyə paylaşımda bildirilir.

Qeyd edilir ki, 2020-ci ildən indiyədək 381 nəfərin mina qurbanı olmasına, keçmiş münaqişənin sona çatmasına baxmayaraq, Ermənistan müvafiq mina xəritələrini təqdim etməkdən imtina etməkdə davam edir ki, bu da ölkənin sülh və münasibətlərin normallaşması prosesində iştirakı məsələsi ilə ziddiyyət təşkil edir.

"Beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı mina terroruna göz yummamalıdır", - deyə paylaşımda bildirilib.


Etiketlər:  Beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı mina terroruna göz yummamalıdır XİN


RƏYLƏR