Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Oktyabr 2024 08:21
Marqarin illərdir mətbəxlərdə istifadə edilən yağ alternativi olsa da, onun sağlamlığımıza təsiri son vaxtlar daha çox müzakirə mövzusuna çevrilib. Tərkibindəki trans yağlara görə bir çox ciddi sağlamlıq problemlərinə, xüsusilə ürək-damar xəstəliklərinə səbəb olan marqarin həqiqətən deyildiyi qədər təhlükəlidirmi?
Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, marqarin 19-cu əsrin sonlarında kərə yağına alternativ olaraq hazırlanıb, bitki yağlarının emalı ilə əldə edilib. Kərə yağıyla müqayisədə daha ucuz seçim olaraq mətbəxlərdə qəbul edilib.
Əvvəllər heyvan mənşəli yağlardan istehsal olunurdu, sonradan bitki yağlarından istifadə edilərək hazırlanmağa başlandı.
Marqarinin istehsalı zamanı hidrogenləşmə deyilən bir proses tətbiq edilir və nəticədə sağlamlığa son dərəcə zərərli olan trans yağlar meydana çıxır. Marqarinin ən böyük problemi onun tərkibində yüksək miqdarda trans yağının olmasıdır.
Orqanizmin təbii şəkildə emal edə bilmədiyi trans yağlar maddələr mübadiləsinə mənfi təsir göstərən yağ növüdür. Bir çox elmi araşdırmalar göstərir ki, trans yağlar ürək-damar xəstəliklərinə səbəb olur. Bu vəziyyət infarkt riskini xeyli artırır və ümumiyyətlə ömrü qısaldan mühüm faktora çevrilir.
Bəzi səhiyyə mütəxəssisləri qeyd edirlər ki, müntəzəm olaraq marqarin istehlakı insan ömrünü ciddi şəkildə qısaldır. Xüsusilə ürək-damar sağlamlığına təsirləri nəzərə alındıqda, marqarin istehlakının piylənmə, diabet və ürək xəstəlikləri kimi xroniki problemlərə səbəb olduğu və bu xəstələrin ömrünü əhəmiyyətli dərəcədə qısaltdığı məlumdur.
Ümumdünya Səhiyyə Təşkilatı və Amerika Ürək Assosiasiyası kimi aparıcı səhiyyə qurumlarıı trans yağların istehlakını məhdudlaşdırmağı və ya hətta tamamilə ləğv etməyi tövsiyə edir. Trans yağlar damarların sərtləşməsinə (ateroskleroz) səbəb ola bilər ki, bu da qan axınının qarşısını alır, infarkt, insult və digər ciddi sağlamlıq problemlərinə gətirib çıxarır.