Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Günlərdir axtarılan rus qadının meyiti tapıldı

Günlərdir axtarılan rus qadının meyiti tapıldı

Tarix: 16 Oktyabr 2024 10:26

Türkiyənin Ordu vilayətində səkkiz gündür axtarılan Rusiya vətəndaşı Marqarita Karacanın cəsədi aşkar olunub.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki,  57 yaşlı qadının cəsədi Boztepe yaxınlığında yerli sakinlər tərəfindən fındıq bağında tapılıb. 

M.Karacanın ölüm səbəbi hələ açıqlanmayıb. Məsələ ilə bağlı araşdırma aparılır.

Qeyd olunur ki, rusiyalı qadın oktyabrın 8-də evdən çıxıb və geri qayıtmayıb. Bunun ardınca, onun yaxınları polisə məlumat verib. Qadının həyat yoldaşı və övladının olduğu məlumdur.


Etiketlər:  Günlərdir axtarılan qadının meyiti tapıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ