Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Quşlar onlarla avtomobili daşa basdılar - VİDEO - FOTO

Quşlar onlarla avtomobili daşa basdılar - VİDEO - FOTO

Tarix: 19 Oktyabr 2024 09:42

Rusiyada qeyri-adi hadisə baş verib. Belə ki, quşlar yaşayış komplekslərindən birini daşa basıblar, nəticədə park edilmiş onlarla avtomobilə ziyan dəyib.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, hadisə Moskva vilayətində baş verib.

Bildirilir ki, quşlar kiçik daşlar toplayıb və onları 22-ci mərtəbənin hündürlüyündən avtomobillərin üzərinə atıblar. Bu hərəkətlərin nəticəsində maşınların damlarında çoxsaylı batıqlar yaranıb, həmçinin şüşələri sınıb.

"Bunu təmir etmək mümkün deyil, yalnız dəyişdirmək qalır", - deyə zərərçəkmiş avtomobil sahiblərindən biri öz "Geely"sinin şüşəsinin vəziyyətini göstərib.

Kompleks sakinləri təkcə nəqliyyat vasitələrinə dəyən ziyana görə deyil, həm də insanlar üçün potensial təhlükəyə görə narahatdırlar. Onlar quşların hərəkətlərindən piyadaların və ya həyətdə oynayan uşaqların zərər çəkə biləcəyindən qorxurlar.

Sakinlər idarəedici şirkətə damda olan daşları bərkitmək və ya götürmək xahişi ilə müraciət ediblər, lakin onların sözlərinə görə, heç bir tədbir görülməyib.


Etiketlər:  Quşlar onlarla avtomobili daşa basdılar VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ