Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Təbii oynaqların süni oynaqlarla əvəz olunması yaxşıdır?

Təbii oynaqların süni oynaqlarla əvəz olunması yaxşıdır?

Tarix: 23 Oktyabr 2024 20:24

"Səhiyyə Nazirliyi Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu olaraq diz və bud-çanaq oynağının süni oynaqla əvəz olunmasını oynaqların ağrı, hərəkət və fiziki funksiyanı əhəmiyyətli dərəcədə yaxşılaşdıran cərrahi əməliyyatlardan hesab edirik". 

Sonxeber.net lent.az-a istinadən bildirir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan "Sağlam radio"da Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu Baş direktorun müavini - baş həkim Nizami Məmmədov açıqlayıb.

Onun sözlərinə görə, xüsusilə yaşlılarda əhəmiyyətli dərəcədə əlilliyə səbəb olan bu xəstəliklər həm oynaqların tutulmasına, həmçinin də oynaqların funksional pozğunluğa gətirib çıxarır:

"Bu, gecikmiş mərhələlərdə xəstələrdə yerimə qabilliyətinin itirilməsinə və həyat keyfiyyətinin pozulmasına səbəb olur. Oynaqların süni oynaqla əvəz olunması xəstələr üçün müalicənin son mərhələsi kimi tanınır".

N.Məmmədov bildirib ki, oynaqların süni oynaqla əvəz edilməsindən sonra xəstələrin funksional nəticələrinin qiymətləndirilməsi çox vacibdir:

"Müxtəlif ölkələrdə aparılan tədqiqatlara əsasən, əməliyyatdan sonra xəstələrin həyat keyfiyyətinə yaş, cins, əlavə xəstəliklər, bədən kütləsi indeksi və s. kimi müxtəlif amillərdən asılı olduğu müəyyən edilib. Əlavə olaraq qeyd edim ki, sağlamlıqla əlaqəli həyat keyfiyyətinin qiymətləndirilməsi üçün müxtəlif şkalalar mövcuddur".


Etiketlər:  Təbii oynaqların süni oynaqlarla əvəz olunması yaxşıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ