Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Metyu Perrinin evi ölümündən bir il sonra satıldı - FOTOlar

Metyu Perrinin evi ölümündən bir il sonra satıldı - FOTOlar

Tarix: 27 Oktyabr 2024 15:55

"Dostlar" serialının ulduzu, aktyor Metyu Perrinin ötən il Los-Ancelesdə vəfat etdiyi ev 8,55 milyon dollara satılıb.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb. 

Dörd yataq və dörd vanna otağı olan evin yeni sahibi Arizonadan olan tərtibatçı və film prodüseri Anita Verma-Lalliandır.

Qeyd edək ki, aktyor oktyabrın 28-də Los-Ancelesdəki evində 54 yaşında vəfat edib. O, isti vannada boğularaq tapılıb. Cəsədə baxış zamanı məlum olub ki, aktyor ketaminin kəskin təsirindən ölüb.


Etiketlər:  Metyu Perrinin ölümündən sonra satıldı FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ