Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Oktyabr 2024 10:35
Xalq artisti Gülyaz Məmmədova evində çoxlu pişik saxlayır.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu haqda onun bacısı, Xalq artisti Gülyanaq Məmmədova "Qonaqcanlı" verilişində deyib. O bildirib ki, bacısının evinə getmir:
"Qayınanalar nəvə oynadan yaşda nəvə olmursa, pişik oynadır. Gülyazın evində pişiklər var: ana, ata, balalar. Hətta xonça ilə gedib pişiyi evləndirib".
G.Məmmədova isə "Oğlumun 30 yaşı var. Evlənməyə gecikib. Amma özü tapıb evlənəcək. Uşağı 20 yaşında evləndirmək lazımdır" deyə, cavab verib.