Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Noyabr 2024 00:00
İşərisində Seneqalın Baş naziri Usman Sonkonun olduğu avtomobil karvanı izdihamın hücumuna məruz qalıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, etirazçılar avtomobilləri daşlayıblar. Hökumət başçısı xəsarət almayıb.
Bildirilir ki, avtomobillərə hücum ölkənin mərkəzi hissəsindəki Kunqeula şəhərində U.Sonkonun "Seneqal Vətənpərvərləri Əmək, Etika və Qardaşlıq naminə" (PASTEF) partiyasının lideri kimi ölkədə 17 noyabrda keçiriləcək parlament seçkisi ilə əlaqədar tədbirlərdə iştirakı zamanı baş verib. Kortej müxalifət fəallarının izdihamının yanından keçərkən maşınlara daşlar atılıb. Polis dərhal hücum edənləri qovub.
PASTEF öz lideri və Seneqal baş nazirinin öldürülməsinə cəhdlə bağlı məhkəməyə müraciət etdiyini açıqlayıb.