Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mərkəzi Gömrük Hospitalı “SOCAR Polymer” şirkətinin elan etdiyi tenderin qalibi olub

Mərkəzi Gömrük Hospitalı “SOCAR Polymer” şirkətinin 
elan etdiyi tenderin qalibi olub

Tarix: 4 Dekabr 2019 11:33

Bakı. Trend:

Mərkəzi Gömrük Hospitalı “SOCAR Polymer” şirkətinin “təcili tibbi yardım xidməti”-nin göstərilməsi ilə bağlı elan etdiyi tenderin qalibi olub. Tenderin şərtlərinə görə Mərkəzi Gömrük Hospitalının beynəlxalq protokollara uyğun olaraq ən müasir tibbi avadanlıqla təchiz olunmuş ambulansı və yüksəkixtisaslı təcili yardım həkimləri kimya sənayesinin region üzrə lideri olan “SOCAR Polymer” şirkətinin əməkdaşlarına sutkada 24 saat təcili tibbi yardım xidməti göstərəcək.

Mərkəzi Gömrük Hospitalının Təcili tibbi yardım şöbəsi peşəkar, təcrübəli, xarici ölkələrdə təlim kursları keçmiş həkim heyəti ilə xəstələrə keyfiyyətli və zamanında təcili tibbi yardım göstərir, ehtiyac varsa hospitalın ambulansı tibbi təxiyyəni təmin edir, monitorinq və reanimasiya tədbirlərini keyfiyyətlə həyata keçirir.

Əhalinin nəzərinə: Mərkəzi Gömrük Hospitalının Təcili Tibbi Yardım xidmətinə 905 telefon nömrəsi vasitəsi ilə 7/24 rejimində müraciət etmək mümkündür.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Mərkəzi Gömrük Hospitalı SOCAR Polymer şirkətinin elan etdiyi tenderin qalibi olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ